Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar. 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız mükafatlara sahib ola bilən 21 ölkə arasında yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa Avropanın və Dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayıb. Bu barədə Azərbaycan Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov Fransa Monpelye şəhərindən xəbər verir.

4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca  Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.


2016-ci il Avropa Çempionatının qızıl medalçısı Rəfael Ağayevlə müsahibə – Dünya Karate Federasiyası

Dünya Karate Federasiyasına müsahibə verən 13-qat Avropa Çempionu Rəfael Ağayev bu qələbəsini Azərbaycan Ordusuna həsr etdiyini dedi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın