Zülfiyyə Qurbanova illərə və bürclərə inansa da, onlara özəl anlam yükləmədiyini bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu YeniCag.az-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib.

“Bürclərə, eləcə də insanın hansı ildə doğulması ilə bağlı inanclara da inanıram. Ancaq buna o qədər də məna yükləyən və təsir altına düşən adam deyiləm. Bəzi insanlar üçün ilin hansı heyvan üstündə təhvil olması çox önəm daşıyır, onun mistik gücünə inanır. Ancaq ilin hansı heyvan üstə təhvil olmasına o qədər də önəm vermirəm. Əsas odur ki, həmin il sənə uğur gətirsin”.

Aktrisa həyatının ən ağır itkisini 2020-ci ildə yaşadığını bildirib: “Allah bu sözü dediyimə görə peşman etməsin. Düşünürəm ki, indidən belə Allahın verdiyi və qarşıda yaşayacağım ömür ərzində o ağır itki qədər ağır itkim olmayacaq. Çünki həyatımın ən ağır və sıxıntılı ili məhz onda oldu, anamı itirdim”.

Sənətçi yeni ildə xoş sürprizlər gözlədiyinə ümid etdiyini deyib: “Ötən il yaradıcılığımda dalbadal uğurlarım oldu, çoxlu filmlərə çəkildim. Ancaq 2022-ci ildə də həm şəxsi, həm də yaradıcılığımda yeniliklər və yaxşı qazanc gözləyirəm. Həm də ürəyimcə olan qadın xoşbəxtliyi istəyirəm. Ölüm-itim olmasın, Allah bizi belə ağır şeylərlə sınağa çəkməsin”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın