ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyan Qarabağa gəlib.

O, yaydığı video-müraciətdə dəstəsini toplayaraq gəldiyini, türklərdən qisas alacağını bildirib:

– Arsax (Dağlıq Qarabağ) erməni torpağıdır və türklər, azərbaycanlılar onu bizdən ala bilməzlər. İndi onlar hücuma keçiblər. Biz hamımız birləşib, bir olub, Arsaxın müdafiəsinə qalxmalıyıq. Hamımız burada toplaşıb, Arsaxı qorumalıyıq. Bura hər zaman erməni torpağı olub və bizim əlimizdən heç kim ala bilməz,- deyə o, videoda Livan ermənisinə məxsus Axbar ləhcəsilə danışıb.

ASALA Erməni Terror Təşkilatı yenidən Dağlıq Qarabağda

Vazgen Sislyan – 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə qarşı “Van Əməliyyatı” adlı terror aktının təşkilatçısı olduğu üçün həbs edilib. 1986-cı ildə o və basqında iştirak edən digər üç erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan həbsdən azad olunub. Hər üçü əvvəlcə Livana, sonra daimi yaşayış üçün Ermənistana köçüb.

Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində döyüşüblər. Qevorq Gözəlyan “Metsn Murad” dəstəsinin komandiri olub. Vazgen Sislyan “Qarabağ müharibəsi qəhrəmanı” kimi “seçilərək” fəxri ada layiq görülüb. Hazırda Vazgen Sislyanla Akop Culfayan keçmiş ASALA terrorçularından ibarət “Uxt Ararati” təşkilatının üzvüdür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın