Argentina Prezidenti Xavyer Miley (Javier Milei) etiraf edib ki, pulunu bacısı Karina Miley idarə etdiyi üçün maaşının həcmini bilmir.

YALAN.info bildirir ki, bu sözləri o, yerli televiziya şousunda deyib: “Mən prezidentin nə qədər qazandığını bilmirəm. Mən heç vaxt maaşa baxmamışam, pulumu bacım idarə edir”.

Miley deputat olarkən (10 dekabr 2021-ci il-29 noyabr 2023-cü il) maaşını xüsusi internet saytında qeydiyyatdan keçənlər arasında lotereya yolu ilə paylayıb. Dekabrın 15-də 2 119 423 peso (2 650 ABŞ dolları) məbləğində sonuncu ödəniş tirajı keçirilib. Prezident olduqdan sonra isə leksiyalar deyə bilmədiyi və başqa gəlirlərinin olmadığı üçün maaşını paylamağı dayandırıb.

Onu da bildirək ki, Argentina Prezidentinin ətrafındakı insanlar onu rəis adlandırırlar. Dekabrın 10-da inauqurasiya günü dövlət başçısını konqres binasından prezident sarayına qədər getdiyi kabrioletdə məhz bacısı müşayiət edib. Həmin gün Karina Miley prezident aparatının baş katibi təyin edilib. Bu məqsədlə dövlət başçısı qohumlarının dövlət vəzifələrinə təyin olunmasını qadağan edən qaydada dəyişiklik edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın