Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib.
Qaynar.info Report-a istinadən xəbər verir ki, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.
Ermənistanda silahlılara PKK terrorçularına aid “Ağrı Qartalları” adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.
Məlumata görə, bu planı KCK (“Kürd İcmaları Birliyi”) adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlılardan 150-sinin PKK terror təşkilatının Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlıların üstünlük təşkil etdiyi bildirilib.
Qeyd edək ki, Moskvada PYD terror təşkilatının nümayəndəliyi fəaliyyət göstərir.
Öncəki xəbərXanım nə üçün kişinin sözünü dinləməlidir!?
Sonrakı xəbərErməni Terror Təşkilatı ASALA Yenidən Qarabağda Toplaşır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın