Robert Menendes Amerika hüquq-mühafizə orqanları tərəfindən ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.

YALAN.info bildirir ki, qatı ermənipərəst Robert Menendesin siyasi karyerasının tənəzzülü və Azərbaycan torpaqlarındakı erməni separatizminin sonu ilə eyni vaxta təsadüf edib.

Artıq senatorun fotosu komitənin rəsmi “X” hesabından da yığışdırılıb. Belə ki, ona qarşı qaldırılan korrupsiya işi ilə əlaqədar Menendes səlahiyyətlərinin yerinə yetirilməsini müvəqqəti dayandırıb və komitə sədri vəzifəsindən istefa verib.

Nyu-Yorkun Cənub Dairəsinin prokurorluğunun məlumatına görə, Menendes və arvadı Nadin Arslanyan “üç nyucersili iş adamı ilə korrupsiya münasibətlərində olublar” və “yüz minlərlə dollar rüşvət” alıblar. Senator rüşvət kimi nağd pul, qızıl külçələr, lüks avtomobillər və digər qiymətli əşyaları qəbul edib. Məlumata görə, axtarışlar zamanı ondan və erməniəsilli həyat yoldaşından 500 min dollardan çox pul, qızıl külçələr, lüks avtomobillər və mebel götürülüb. Menendesin həssas hökumət məlumatlarını Misirə təqdim etdiyi və bu ölkənin xeyrinə ABŞ kənd təsərrüfatı nazirliyi rəsmilərinə təzyiq etdiyi bildirilir.

Onu da bildirək ki, ermənipərəst senator son 10 ildə ikinci dəfə korrupsiyada ittiham edilib. Senatın Tarix Bürosunun məlumatına görə, 69 yaşlı Menendes “ABŞ tarixində iki dəfə cinayətdə ittiham olunan ilk senator” kimi qeydə alınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın