Ərdoğandan Putinə sual: Rusiyanı Ukraynaya kim çağırdı?

“Rusiya bəyan edir ki, bizi Suriya hökuməti çağırdığı üçün bu ölkədə hərbi əməliyyatlara başladıq. Yaxşı, bəs, Rusiyanı Ukraynaya kim çağırdı?”

ANS PRESS-in məlumatına görə, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə Pyotr Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edib. Ərdoğan bildirib ki, Rusiya bu aqressiv siyasətini beynəlxalq hüquqa necə sığışdıracaq?

“Türkiyə Krımın qeyri qanuni ilhaqını tanımayıb, bundan sonra da tanımayacaq. Rusiya Krım birləşdirməklə beynəlxalq hüququ heçə sayıb. Ukraynaya dəstəyimiz tam şəkildə davam edəcək. Digər ölkələrdə dəstək verməlidir. Ukrayna ilə münasibətlərimizdəki əsas məsələlərdən biri Krım tatarlarının vəziyyətidir. Ukrayna torpaqlarından Rus əsgərlərini çıxarmaq üçün bir daha dünyaya səslənirəm”, – Ərdoğan bildirib.

Ukrayna prezidenti Poroşenko və Türkiyə prezidenti Ərdoğan
Ukrayna prezidenti Poroşenko və Türkiyə prezidenti Ərdoğan

Türkiyə prezidenti bəyan edib ki, Suriyada hərbi əməliyyatlar keçirən Rusiyanın Ukraynadakı varlığı da qeyri qanunidir: “Bu, “mən güclüyəm, elə isə haqlıyam” məntiqidir. Burada haqlılıqdan söhbət gedə bilməz. Rusiya Krımın etnik quruluşunu dəyişdirmək istəyir. Krımın işğalına son qoymaq üçün ortaq hərəkət edəcəyik”.

Poroşenko isə mətbuat konfransında bildirib ki, Ukrayna Krım məsələsinə dair beynəlxalq danışıqlarda, o cümlədən “Cenevrə +” (Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı) formatına Türkiyənin də cəlb edilməsinin tərəfdarıdır.

Xatırladaq ki, 2014-cü ilin mart ayında Krımda keçirilən refendurumda əhalinin 95 faizinin Rusiyaya birləşmək istədiyi açıqlanıb. ABŞ, Avropa ölkələri, Kanada və Yaponiya bu nəticəni ciddi qəbul etmir. Bu ölkələr ümumiyyətlə, yarımadada keçirilən referendumu tanımır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir