İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında Dünya Çempionatı Gövhər Beydullayeva və Abdulla Qədimbəylinin qələbəsi ilə başa çatıb.

YALAN.info bildirir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu – XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb.

Gövhər Beydullayeva şahmat üzrə qızlar arasında U20 Dünya Çempionu oldu

Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə sona çatıb. Bu tur ərəfəsində 8,5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün qarşılaşma formal xarakter daşıyıb. Onun əsas izləyicisi, başqa qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gələrək xallarının sayını 8,5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.

Gövhər Beydullayeva
Gövhər Beydullayeva

Qadınların yarışındakı başqa Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Abdulla Qədimbəyli şahmat üzrə açıq yarışda U20 Dünya Çempionu oldu

U20 gənclər arasında açıq yarışda da son tur oynanılıb. Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı bir-biri ilə qarşılaşıblar. Azərbaycanlı şahmatçılar sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.

Abdulla Qədimbəyli
Abdulla Qədimbəyli
FIDE World Junior Championships U20 | ROUND 11 |

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın