“Realnıye novosti” informasiya portalının “Rossiya 24” dövlət kanalına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna provoslav kilsəsinin nümayəndə heyəti ilə görüşərkən Ukrayna ilə aralarında qan birliyinin olduğunu və bu birliyi kimsənin sarsıda bilməyəcəyini söyləyib.

Krımı işğal etmiş, Donbassda separatizmə dəstək verən Rusiya başçısı Ukrayna ilə münasibətlərin korlanmasının günahını başqalarının üstünə atmağa çalışıb:  “Ukraynada neofaşizmin inkişafı qanqrena infeksiyasına oxşayır. O, bütün Avropa kontinentinə yayıla bilər, və biz, Federasiya xalqları və Sovet İttifaqı nəsilləri, bu vəbanı dayandırmaq əzmindəyik.

Suriyadakı beşillik krizisdən söz açan Putin özünəməxsus hədə tonunda Suriyada atəşkəsin uzunmüddətli olmasına şübhə ilə yanaşdığını deyib.

“Əgər Türkiyə Əl-Kaidənin Suriya qanadını dəstəkləməyi dayandırmasa, mən çar Nikolay II başladığı işi sona çatdırararq Konstantinopolu (İstanbul) xristianlara qaytaracağam. I Dünya Müharibəsi zamanı Dardanel və Bosfor boğazlarını azad etməklə, çar Rusiyanın dəniz girişinin təhlükəsizliyinə nail olurdu, amma təssüf ki, zalım fələk ona mane oldu”, – TASS Rusiya prezidentindən sitat gətirib.
Putin əlavə edib: Biz həm də Yunanıstan Kiprinin suverenliyini dəstəkləyirik, və Türkiyəni Aralıq dənizi adasının onillik işğalını dayandırmağa çağırırıq.

Beləliklə, öz işğalçı siyasətinə görə dünya birliyinin sanksiyaları ilə üzləşən Putin münaqişələri dini düşməçilik prizmasından təqdim etməyə çalışıb.

Azər İsmayıl, bastainfo.com

Öncəki xəbərTürk müğənni Funda Arar Miri Yusifin Bağışla mahnısından danışdı
Sonrakı xəbərƏrdoğandan Putinə sual: Rusiyanı Ukraynaya kim çağırdı?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın