Azərbaycan Güləşçiləri Avropa Çempionatının İlk Günündə 2 Qızıl Medal Qazandı

Serbiyanın Novı Sad şəhərində keçirilən güləş üzrə Avropa Çempionatı başladılıb.

Azərbaycan Güləş Federasiyasından YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, yarışın ilk günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Mariya Stadnik Azərbaycana İlk Qızıl Medalı Qazandırdı

Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib.

Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından öncə qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına yiyələnib.


Avropa Çempionatı 2017 – Final: İlona Semkiv (UKR) – Mariya Stadnik (AZE): 0-10

Azərbaycanın 2-ci Qızıl Medalı Giorgi Edişeraşvilidən gəldi

İlk yarış günündə təcrübəli idmançımız Mariya Stadnikdən sonra daha bir güləşçimiz – Giorgi Edişeraşvili (57 kq) Azərbaycana ikinci qızıl medalı qazandırıb. O, finalda Rumıniya idmançısı Andrei Dukovdan 9:0 hesabı ilə üstün olub.


Avropa Çempionatı 2017 – Final: Giorgi Edişeraşvili (AZE) – Andrei Dukov (ROU): 9-0

Bu 29 yaşlı Edişeraşvilinin ilk böyük uğurudur.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir