Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donbasda Rusiya pasportlarının paylanıldığını doğruladı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, TASS agentliyinin xəbərinə görə, Dmitri Peskov bunu jurnalistlərə açıqlamasında deyib.

“Donbasda Rusiya pasportlarının paylanılması Minsk razılaşmalarını pozmur. Bunun üçün Minsk razılaşmalarının qısa mətnini bir dəfə oxumaq yetərlidir. Moskva bunu humanitar məqsədlər üçün edir”, – D.Peskov söyləyib.

Onun sözlərinə görə, həmin ərazilərdə sosial durum ağırdır və pasport paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir.

Bildirək ki, 2019-cu il aprelin 24-də Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığına qəbul üçün sadələşdirilmiş qaydada müraciət etmək hüququ olan şəxslər kateqoriyasının humanitar məqsədlərlə müəyyən edilməsi haqqında” fərman imzalayıb. Sənəd Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR) sakinləri üçün Rusiya pasportlarının alınması prosesini sadələşdirir.

2021-ci ilin yanvar ayının sonuna olan məlumata görə, DXR və LPR-nin 720 mindən çox sakini sadələşdirilmiş sxem üzrə Rusiya vətəndaşlığı almaq hüququndan yararlanıb. Kiyev bəyan edib ki, Rusiya Federasiyasının pasportlarının verilməsini qanunsuzdur və onları tanımayacaq.

Yada salaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.

MƏNBƏTASS
Öncəki xəbərAraşdırma: UNESCO Ermənistanın başına “süni buynuz” əkir
Sonrakı xəbərErmənistanın korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirməsi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın