Ərdoğan ABŞ, Rusiya və İrana meydan oxudu: Fərat qalxanının ikinci mərhələsində…

Türkiyə respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan Suriyanın şimalında dayandırılan “Fərat qalxanı” (Fırat Kalkanı) əməliyyatının ikinci mərhələsini açıqlayıb. APA TV-nin bildirdiyinə görə, dövlət başçısı açıqlamaları Türkiyənin NTV kanalına müsahibəsində verib.

O bildirib ki, ikinci mərhələnin İraqın Sincar və Suriyanın Menbiç əyalətində davam etdirilməsi müzakirə olunur: ““Fərat qalxanı” adlandırdığımız əməliyyat işin birinci parçası idi. İkinci, hətta üçüncü mərhələ olacaq. Məsələnin İraq tərəfi gündəmdədir. Telaferdə, Sincarda soydaşlarımız var. Əməliyyatları davam etdirə biləcək ordumuz, əsgərimiz hazırdır”.

Ərdoğan İŞİD-ə Suriyanın şimalında ağır zərbələr vurulduğunu deyib. O, İraqda Mosul əməliyyatına qatılan “Haşdi Şabi”ni terror qruplaşması adlandırıb: “Üzərində ciddi düşündüyümüz “Haşdi Şabi” var. İraq parlamenti “Haşdi Şabi”ni terror qruplaşması kimi tanımadı. Biz dəfələrlə Bağdadı Mosul əməliyyatında adı çəkilən qruplaşmadan istifadə ediləcəyi təqdirdə rahatsız olacağımızı xəbərdar etmişik”.

Ərdoğan İraqda və Suriyada məzhəbçiliyə üstünlük verən Fars milliyətçiliyinin artdığını iddia edib: “Bu çox təhlükəlidir. Beynəlxalq müstəvidə də bu, yaxşı heç nədən xəbər vermir. Bu gün Suriyanın başında dayanan adam da şiə deyil. Onun durumu olduqca fərqlidir. Bütün bu baş verənlərin fonunda İŞİD torpaqlar itirir. Dəməşq hakimiyyəti isə kimin torpaq uduzmasına yox, özünün nələrsə etməsinə daha çox diqqət yetirir. Məsələn, Menbiçdə İŞİD artıq yoxdur, amma PYD-ni gücləndirməyə çalışırlar. Orada bir çox torpaqları təmizləmişik, dərdimiz bayraq asmaq deyil. Menbiç ərəb əhalinin torpağıdır, ora onlar yerləşməlidir”.

Türkiyənin dövlət başçısı bildirib ki, Sincarda 2 min 500 PKK terrorçusu var və bu bölgənin ikinci Kandil olmasına yol verməyəcəklər. Ərdoğan Suriyada əməliyyatlar keçirən Rusiya və ABŞ liderliyindəki koalisiya güclərini də pisləyib: “Biz Rəqqada terror qruplaşmaları istəmirik. Orada ABŞ və Rusiyanın da olmasına qarşıyıq. Ona görə ki, terror qruplaşmasının yaxşısı, pisi olmaz. Bu iki gücün PYD-siz əməliyyat keçirməyə gücü çatmır? Bu yöndə hər iki tərəflə danışıqlarımızı sürdürürük”.

Ərdoğan bildirib ki, “Fərat qalxanı” adlanan əməliyyatın ilk mərhələsində Cerablus və Əl-Bab məsələsini çözüblər, indi sıra Menbiçindir. Bundan sonra isə Rəqqa əməliyyatından danışmaq olar.

Ərdoğan ABŞ, Rusiya və İrana meydan oxudu: “Fərat qalxanı”nın ikinci mərhələsində…

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Ərdoğan ABŞ, Rusiya və İrana meydan oxudu: Fərat qalxanının ikinci mərhələsində…” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir