İsveçli futbolçu Zlatan İbrahimoviç “Milan”dakı gələcəyi və şəxsi həyatı ilə bağlı açıqlama verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Corriere della Sera” məlumat yayıb.

Ulduz futbolçu futbol oynamaq arzusu ilə yanaşı ailəsindən uzaqda yaşamağın çətinliklərini də dilə gətirib.

“Artıq İsveçdə yaşayan ailəmlə olmaq istəyirəm, onlar üçün çox darıxıram. Yorulmuşam və artıq çətinliklə tab gətirirəm. Pioli məni “İsveçdə 2 uşağın var, ancaq burada 25 uşağın sənə ehtiyacı var” deyərək razı salır. Mən də 25 uşağım üçün “Milan”dayam”, – deyə Z.İbrahimoviç bildirib.

Öncəki xəbərİlham Əliyev və birinci xanım Qubadlı və Zəngilan rayonlarında olublar
Sonrakı xəbərMemarlar Birliyinin üzvü Elçin Şamilli: Şuşa hərbi qala şəhərinə çevrilməlidir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın