Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, azad edilən ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri 36 000 hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib. Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub.

Vətən müharibəsindən sonra 480 kilometrə qədər təmas xətti boyu 2 kilometr dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 kilometrə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.

Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar əsasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın