A.C. Milan futbol klubunun 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç komandadakı gələcəyi məsələsinə aydınlıq gətirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Football Italia” məlumat yayıb.

“Mən Zlatanam, məsuliyyət və öz liderliyimi duyuram. “Milan” xoşbəxt olduğum tək komandadır. Mən bu komandaya nəsə vermək, bələdçi olmaq istəyirəm. Mən komandadakılara nəsə deyəndə mənə cavab verirlər: “Yaxşı, biz bunu edərik”.

Mən bu gün Veronada olmaq istərdim, bunu ürəyimlə hiss edirəm. Onlarsız günü keçirmək, oğullarımsız qalmağa bərabərdir. “Milan”da növbəti mövsüm qalacağammı? Bilmirəm, buna hələ baxarıq. Əgər Paolo Maldini istəsə, o zaman mən hazıram”, – deyə Z.İbrahimoviç bildirib.

Z.İbrahimoviçin “Milan”la anlaşması iyunun 30-da başa çatacaq. “FotbollDirekt” xəbər verir ki, 39 yaşlı ulduz futbolçu DÇ-2022-nin seçmə oyunlarında milli komandaya kömək etmək üçün yığmaya çağırılacaq.

Xatırladaq ki, Z.İbrahimoviç İsveç millisinin heyətində sonuncu dəfə 22 iyun 2016-cı ildə Belçikaya qarşı oyunda forma geyinib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın