Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl Nəsr” səfərdə “Əl Vəhda” ilə qarşılaşıb.

YALAN.info bildirir ki, qonaq komanda hücumçusu Kriştiano Ronaldonun sayəsində ev sahibi klubunu darmadağın edib.

Belə ki, kapitan sarğısı ilə meydana start heyətində çıxan 38 yaşlı portuqaliyalı qarşılaşmada 4 qol (21, 40, 51 penaltidən, 61–ci dəqiqələrdə) vuraraq komandasına 3 xalı qazandırıb – 4:0. Bu qələbə sayəsində “Əl Nəsr” turnir cədvəlində liderliyə yüksəlib.

Bununla da “Ən-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo yeni rekordlara imza atıb. Belə ki, forvard het-trik sayını 61-ə çatdırıb. Onlardan 51-i klub səviyyəsində, 10-u Portuqaliya millisinin heyətindədir.

Hücumçu 30 yaşına qədər 30 dəfə, bu yaşdan sonra isə 31 dəfə hər oyunda üç və ya daha çox qol vurub. İndiki oyunçular arasında het-triklərin sayına görə Ronaldo liderlik edir. Argentinalı Lionel Messidə het-trik sayı 56-dır.

Bundan başqa, “Əl-Vahda” ilə oyunda Kriştiano ölkə çempionatlarında vurduğu qolların sayını 503-ə çatdırıb. Bu, tarixin 5-ci ən yüksək göstəricisidir.

Yada salaq ki, Ronaldo sonuncu dəfə 2019-cu ildə Litva millisinə qarşı oyunda 4 qol vurub.

https://www.youtube.com/watch?v=mhLU9LZuy8Q
🚨FOUR-GOAL RONALDO!🚨Highlights: Cristiano passes 500 league goals in huge Al-Nassr win | ESPN FC

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın