ABŞ-dan olan “Aquarian Space” startapı Yer, Ay və Mars arasında yüksək sürətli internet bağlantısı yaratmaq üçün layihənin maliyyələşdirilməsini elan edib.

Layihənin investoru “Draper Associates” 4K təsvir ölçüsündə yayıma imkan verəcək genişzolaqlı kosmik internetin inkişafına 650 min dollar ayırıb.

Layihənin yaxın bir neçə il ərzində həyata keçirilməsi, uyğun avadanlıqları daşıyacaq raketlərin 2024-cü ildə buraxılması planlaşdırılır.

“Solnet” adlanan şəbəkə mövcud yüksəksürətli peyk rabitəsi sistemləri vasitəsilə həyata keçiriləcək. Ötürmə sürəti saniyədə 100 meqabitə yaxın olacaq.

Öncəki xəbərNigeriyada kəndə silahlı hücum: 37 nəfər öldürüldü
Sonrakı xəbərAB Ukraynaya hərbi dəstək üçün 500 milyon avro ayırır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın