“Putin uduzacaq, Ukrayna və Avropa qalib gələcəklər”.

YALAN.info bildirir ki, bu sözləri Avropa Parlamentində “Birliyin durumu haqqında” illik müraciətində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. Komissiya sədri əmindir ki, Putin işğalçılıq müharibəsində uduzacaq, Ukrayna və Avropa isə qalib gələcəklər.

“Çox şey risk altındadır. Təkcə Ukrayna üçün deyil, bütün Avropa və dünya üçün də belədir. Bu, bizim üçün sınaq olacaq. Aramızdakı fikir ayrılıqlarından istifadə etmək istəyənlər bununla sınanacaqlar. Bu, Rusiyanın təkcə Ukraynaya qarşı apardığı müharibə deyil. Bu, enerjimizə qarşı müharibədir, iqtisadiyyatımıza qarşı, dəyərlərimizə qarşı, gələcəyimizə qarşı müharibədir. Söhbət demokratiyaya qarşı avtokratiyadan gedir”, – deyə fon der Lyayen vurğulayıb.

O əlavə edib ki, “Putin uduzacaq, lazımi cəsarət və həmrəyliklə Ukrayna və Avropa qalib gələcəklər”. “Bu gün cəsarətin bir adı var və bu ad – Ukraynadır. Bu gün cəsarətin bir üzü var – bu, Rusiyanın təcavüzünə qarşı çıxan ukraynalı kişi və qadınların simasıdır”, – deyə fon der Leyen əlavə edib.

Onu da bildirək ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün çərşənbə günü Kiyevə gedəcəyinin anonsunu verib. O, Ukrayna ilə AB arasında gələcək yaxınlaşma üçün planları və atılacaq addımları sayıb.

“Mart ayında biz Ukraynanı uğurla elektrik şəbəkəmizə qoşduq. Bu, 2024-cü il üçün nəzərdə tutulmuşdu və biz bunu cəmi iki həftəyə etdik və bu gün Ukrayna AB-yə elektrik enerjisi ixrac edir”. Von der Leyen bu qarşılıqlı faydalı ticarəti önəmli dərəcədə genişləndirmək istədiyini vurğulayıb. Bundan başqa, Avropa Komissiyasının rəhbəri AB-nin Ukraynaya dəstəyini davam etdirəcəyini və Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirəcəyini söz verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın