Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegramı sərt şəkildə tənqid etmişdi. O, bildirmişdi ki, Telegramın kibertəhlükəsizlik baxımından nüfuzu çox şişirdilib, hətta WhatsApp və Messenger ondan daha güvənlidir.

İndi isə Telegramın yaradıcısı Pavel Durov öz Telegram kanalında ABŞ messencerlərini sərt şəkildə tənqid edib. Öz tənqidində Durov FBI ilə bağlı keçən aykı sənədlərə istinad verib. Qeyd etmək lazımdır ki, həmin sənədlərdə müxtəlif messencerlərin FBI-a hansı məlumatları ötürdükləri əks olunmuşdu.

Durov qeyd edib ki, Telegram istifadəçi məlumatlarının daima qorunmasını həmişəki kimi təmin edir. Ancaq WhatsApp kimi başqa messencerlər istifadəçi məlumatlarını real zaman ərzində üçüncü tərəflərə ötürürlər. Həmin messencerlər dəfələrlə end-to-end şifrələnməsindən danışsalar da öz platformaları daxilində olan mesajların tərkib hissələrini aşkara çıxarda bilirlər.

Durovun fikrincə, bir çox messencerin yüksək səviyyəli konfidensiallığa zəmanət verməyi bacarmamasının başlıca səbəbi ondan ibarətdir ki, onların tərtibatçıları ABŞ-da yaşayırlar. Həmin tərtibatçılar ABŞ hakimiyyətinin sifarişi ilə öz məhsullarına gizli backdoor-lar (alqoritmə qəsdən yerləşdirilmiş boşluqlar) inteqrasiya etməli olurlar.

Bundan başqa, dəfələrlə məlumat ortaya çıxıb ki, xüsusi dövlət orqanlarının əməkdaşları məhkəmə qərarı olmadan da istifadəçi məlumatlarını əldə edə bilirlər.

Durov şifrələmə alqoritmlərindən də danışıb. Onun bəyanatlarından belə qənaətə gəlmək olar ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) uzun illər boyunca məlumatların şifrələnmələri üçün düşünülmüş beynəlxalq standartların hazırlanmasında aktiv şəkildə iştirak edib.

Belə çıxır ki, NSA təmsilçiləri ümumi qəbul edilmiş qorunma üsulları vasitəsilə şifrələnmiş məlumatları əldə edə bilərlər. Bundan başqa, məlumatların şifrələnmələri üçün nəzərdə tutulmuş alternativ variantlar adətən qeyri-standart sayılır. Buna görə də bir çoxu həmin variantlardan istifadə etmir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın