Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması ilə bağlı məlumat yayıb.

YALAN.info Onlayn Xəbərlər İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası XİN Mətbuat xidməti idarəsinin yaydığı məlumatda deyilir:

“Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq. Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir.

Allah şəhidimizə rəhmət eləsin!”

Öncəki xəbərLinkedIn sosial şəbəkəsi artıq Çində çalışmayacaq
Sonrakı xəbərSaratovda Rusiyalılar azərbaycanlı kişilərə və erməni qadınlara üstünlük verirlər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın