Rusiya Federasiyasının Saratov vilayətində Rusiyalı qadınlar evlənmək üçün əcnəbilər arasında azərbaycanlı kişilərə, rus kişilər isə erməni qadınlara üstünlük verir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Saratov vilayətinin Regional Vətəndaşlıq Qeydiyyatı İdarəsində (ZAQS) keçirilən brifinqdə məlumat verilib.

Saratov vilayətində bu ilin ilk 9 ayında əcnəbi vətəndaşlarla 464 ailə nigaha girib. Beləliklə, 311 gəlin və 153 bəy xarici vətəndaşlarla nigahını rəsmiləşdirib.

Hesabata uyğun olaraq, 311 gəlindən 81-i azərbaycanlı kişilərlə evlənib. Bundan sonra siyahının ilk beşliyini Tacikistan (77), Ermənistan (37), Qazaxıstan (30) və Ukrayna (19) vətəndaşları davam etdirir. İspaniya, Braziliya, İsrail, Yəmən, Meksika, Suriya, ABŞ və Yunanıstanın hər birinən yanlız bir kişi Rusiyalı qadınla ailə qurub.

Maraqlıdır ki, həmin vilayətdə ən çox ərə gedən əcnəbi qadınlar – Ermənistan vətəndaşlarıdır. İlin əvvəlindən erməni qadınlardan 29 nəfəri Saratovda evləndi. İkinci yeri Azərbaycandan (26), üçüncü – Tacikistandan (25), dördüncü – Qazaxıstandan (20), beşinci – Ukraynadan (17) gələnlər tutur. Beş gəlin Belarusdan, üçü Türkmənistandan və ikisi Gürcüstandan gəlmişdi. Bölgəyə Koreya, İran, Almaniya və Moldovadan bir gəlin köçüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın