Azərbaycanın Qarabağ müharibəsində Ermənistana qalib gəlməsində payı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) Ukraynaya ilham verir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ-ın “The Washington Post” qəzetinin Moskva müxbiri İzabella Xurşudyanın (Isabelle Khurshudyan) məqaləsində yazılıb.

Dərgi vurğulayır ki, İkinci Qarabağ müharibəsində önəmli rol oynamış Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları (TB2) Ukrayna ordusunun arsenalında önəmli yer tutmağa başlayıb.

ABŞ-ın verdiyi “Javelin” tank əleyhinə raketləri kimi silahlar Ukraynanın cəbbəxanasının ən çox xəbər başlıqlarını toplasa da, Kiyevin daha az reklam etdiyi Türkiyə PUA-lara görə Moskvada həyəcan təbili çalınıb. Bayraktar TB2 PUA-larının alınması nəinki heç bir istifadə şərtləri olmadan baş verdi, həm də Ankara və Kiyev Ukraynada PUA-ların istehsalına başlamaq barədə razılığa gəliblər.

“Düşünürəm ki, təbii ki, bu, hərbi əməliyyatlar üçün tamamilə fərqli şərait yaradır”, – deyə ukraynalı hərbi ekspert Serhiy Zqurets bildirib. “Bu, düşmənə emosional və real təsir elementidir”.

Ukrayna ilk Bayraktar TB2 PUA-sını 2019-cu ildə almasına baxmayaraq, oktyabrın 26-da cəbhə xəttində yerləşən Hranitne kəndi güclü atəşə tutulana qədər Donbas münaqişəsində onlardan istifadə etmirdi. PUA-lar kəşfiyyat uçuşları üçün istifadə edilib.

Rusiyalı hərbi ekspert Li bildirib ki, bəzi NATO ölkələri Ukraynaya silah satışı ilə bağlı ehtiyatlı davransalar da, Türkiyə “wild card”dır. Məsələn, Ukrayna rəsmilərinin bildirdiyinə görə, Almaniya NATO-nun Dəstək və Satınalma Agentliyi vasitəsilə Ukraynanın müdafiə silahları almasına mane olublar.

Onu da bildirək ki, ikinci Qarabağ müharibəsində önəmli rol oynamış “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının alıcısı olan ölkələrin sayı artıb. PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya da ixrac edilir. Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın