“Niyə son illərdə peşəkar, düzgün, səlis intellektual aparıcı yetişmir? Hər şey əziyyətdən irəli gəlir. Burada da pul önəmli deyil ki?! Savad, mütaliə, mədəniyyət, estetika, etika və b. çox önəmlidir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri tanınmış aparıcı Vüsalə Əlizadə deyib.

O, peşəkar aparıcıların yetişməməsindən danışıb: “Çox təəssüf olsun ki, gənc nəsil arxı tullanmamış, hop demək istəyir. Aparıcı olmaq üçün biz nə qədər çətinliklərdən keçirik. Görürsən ki, universiteti belə doğru-düzgün bitirməyib. Bu insanın iki dəqiqə mətn oxumaq qabiliyyəti də yoxdur. Ancaq deyir ki, aparıcı olmaq istəyirəm”.

“Yaxşı aparıcı yaxşı müxbir, redaktor olmalıdır. Mənim həyatımın yarısı kitab oxumaqla keçib. Sən hazırcavab olmalısan. Ona görə də yeni nəsil arasında aparıcı yetişməməsində səbəb budur”, – o bildirib.

KİMRəqsanə Həsənova
MƏNBƏTeleqraf.com
Öncəki xəbərKirayə qaldığı evdən son mənzilə köçən sənətçi: Əməkdar artist Novruz Qartal
Sonrakı xəbərRəqsanənin qızı Aysun İsmayılova ailə qurduqdan sonra sənətdən gedir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın