“Nə qədər ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin başçısıdır, terroru dəstəkləyən ölkələrin NATO-ya qoşulmasına “hə” deyə bilmərik”.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Təəssüf ki, nümayəndə heyətimizin Finlandiya və İsveçlə keçirdiyi görüşlər gözlənilən səviyyədə olmadı. Gözləntilər var, ancaq Türkiyə ilə bağlı gərəkli addımları atmayıblar. Hələ də İsveçin Stokholm şəhərinin küçələrində terrorçuları gəzdirib, öz polisləri ilə təhlükəsizliyini təmin edirlər. Əslində toplantı keçirdikləri günün axşamı İsveç dövlət televiziyasında Salih Müslüm adlı terrorçunu danışdırmaqla bizə qarşı hər cür yanlışlıqlar edir, F16 məsələsində mənfi yanaşmalarını davam etdirirlər.

“Onlar dürüst deyillər, səmimi deyillər. Təhlükəsizlik təşkilatı olan NATO-da belə terrorçulara qucaq açan və qidalandıran ölkələrlə bağlı keçmişdə edilən səhvi təkrarlaya bilmərik”, – Ərdoğan vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın