Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturniri sona çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sonuncu yarış günündə bilts növündə 7 tur oynanılıb.

Rapid və blitsdəki son nəticələrə görə, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Riçard Rapport eyni – 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında armageddon oynayıblar. Rəqibini məğlub edən Karuana turnirin qalibi olub.

Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov 22,5 xalla turniri 3-cü yerdə tamamlayıb. Rauf Məmmədov (15,5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. İndiki dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar. Ötən il turnir koronavirus pandemiyasına görə baş tutmayıb.

Öncəki xəbərİran, Azərbaycan və Gürcüstan arasında yeni tranzit marşrutu üzrə sınaq yürüşü
Sonrakı xəbərVladimir Putin: Rusiya və Çin birgə yüksək texnologiyalı silahlar hazırlayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın