Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturniri sona çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sonuncu yarış günündə bilts növündə 7 tur oynanılıb.

Rapid və blitsdəki son nəticələrə görə, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Riçard Rapport eyni – 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında armageddon oynayıblar. Rəqibini məğlub edən Karuana turnirin qalibi olub.

Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov 22,5 xalla turniri 3-cü yerdə tamamlayıb. Rauf Məmmədov (15,5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. İndiki dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar. Ötən il turnir koronavirus pandemiyasına görə baş tutmayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın