Ukraynadan çıxan qarğıdalı yüklü ilk ərzaq gəmisi Birgə Koordinasiya Mərkəzinin təftiş qrupu tərəfindən aparılan yoxlamadan sonra İstanbul sahillərindən Livana doğru yol alıb.

YALAN.info bildirir ki, yük gəmisini Türkiyə Sahil Mühafizəsinin kateri izləyir.

Bosforu keçdikdən sonra “Razoni” adlı gəmi Mərmərə dənizinə girəcək, Çanaqqala boğazından keçəcək, daha sonra Egey və Aralıq dənizləri vasitəsilə marşrutun son nöqtəsi olan Livana çatacaq.

Yada salaq ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair anlaşma imzalanıb. Anlaşmanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar. Sənədə uyğun olaraq, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın