Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair anlaşma imzalanıb.

YALAN.info bildirir ki, imzalanma mərasimi İstanbulda keçirilib.

Anlaşmanı Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar. Anlaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.

Sənədə uyğun olaraq, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq.

Ərdoğan: Bugünkü anlaşmanın barışa qatqı sağlamasını arzu edirəm

“Bu gün əldə etdiyimiz anlaşma ilə dünyada aclıq təhlükəsinin qarşısının alınmasına qatqı sağlamış olacağıq”, – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Ukrayna və BMT nümayəndələri arasında taxıl ixracına dair anlaşmanın imzalanmasından öncə deyib.

“Cənab Putin və cənab Zelenskiyə təşəkkür edirəm. Təəssüf ki, 4 ay öncəki İstanbul görüşündən sonra savaş daha da gərginləşdi. Öncədən bəri deyirik ki, müharibənin qalibi olmayacaq. Müharibə bütün bəşəriyyətə mənfi təsir göstərir. Günahsızların ölümü bahasına başa gələn müharibənin dayanmasını istəyirik. Bugünkü anlaşmanın barışa qatqı sağlamasını arzu edirəm”, – o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın