Ukrayna prezidenti Volodimir Zelenski milli komandanın keçmiş futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

YALAN.info bildirir ki, qərar Ukrayna prezidentinin ofisinin saytında yayımlanıb.

Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında hücumçu kimi çıxış edib. 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin məşqçisi olub. Daha sonra İtaliya “Cenoa”sını çalışdıran mütəxəssis 2022-ci ilin fevralında klubdan ayrılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın