Slovakiya Prezidenti Zuzana Çaputova yaxın vaxtlarda “Zuzana” haubitsalarının Ukraynaya çatdırılacağını açıqlayıb.

YALAN.info bildirir ki, bununla bağlı ölkənin ilk qadın prezidenti olan Zuzana Çaputova Ukrayna Ali Radasının toplantısında çıxışı zamanı məlumat verib.

“Bu yaxınlarda S-300 müdafiə sistemi, minatəmizləmə texnikası və sursatları göndərildi, tezliklə “Zuzana” haubitsaları da olacaq. Biz eyni zamanda tərəfdaşlarımız və müttəfiqlərimizlə Ukraynanın təkcə humanitar deyil, həm də hərbi yardıma ehtiyacı olması ilə bağlı danışıqlar aparırıq”, – Çaputova bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın