Ukrayna prezidenti Volodimir Zelenski İran İslam Respublikasına qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edib.

YALAN.info bildirir ki, Ukrayna lideri bununla bağlı uyğun layihəni Ali Radaya təqdim edib.

Qətnamə layihəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının “İran İslam Respublikasına qarşı sahələr üzrə xüsusi iqtisadi və başqa məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarının təsdiqindən bəhs edilir.

Sənədə uyğun olaraq, İrana qarşı sanksiyalar 50 il müddətinə tətbiq olunur. Məhdudiyyətlər aşağıdakılardan ibarət olacaq:

  • Ticarət əməliyyatlarına tam qadağa;
  • Resursların tranzitinin dayandırılması;
  • Ukrayna ərazisinə uçuşlar və nəqliyyatın hərəkətinin dayandırılması;
  • İranlılar tərəfindən kapitalın çıxarılmasının qarşısının alınması;
  • İrana Ukraynaya investisiya qoyuluşunu qadağan etmək;
  • Texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsini qadağan etmək;
  • İran sakinləri tərəfindən buraxılan elektron ödəniş vasitələrini dayandırmaq;
  • Ukrayna Milli Bankına İran tərəfindən idarə olunan beynəlxalq ödəniş sistemini qeydiyyatdan keçirməyi qadağan etmək.

Layihəyə görə, sanksiyaların yerinə yetirilməsinə Nazirlər Kabineti, Ukrayna Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Milli Bank və başqa dövlət qurumları nəzarət edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın