“CBC Sport” telekanalı UEFA Çempionlar Liqası (UEFA Champions League) ilə birlikdə 4 önəmli yarışın Azərbaycanda teleyayım hüququna yiyələnib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının telekanaldan aldığı məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdır.

UEFA Çempionlar Liqası (UEFA Champions League)
UEFA Champions League (UEFA Çempionlar Liqası)

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın “Real Madrid” və “Atletiko” komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Anlaşma 2018-2019 mövsümündən qüvvəyə minəcək.

Telekanaldan həmçinin bildirilib ki, “CBC Sport” daha bir neçə önəmli yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda anlaşmalar imzalayacaq.

Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı “İdman Azərbaycan” yayımlayıb. Millətlər Liqası isə yeni yarışdır və sentyabrdan start götürəcək.

Öncəki xəbərAzərbaycan Ordusunun tank bölmələri intensiv məşğələlərə başlayıb
Sonrakı xəbərErmənistan Rusiya-Qərb arasında çabalayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın