Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik gündəmlə bağlı açıqlamalar verib.

YALAN.info bildirir ki, Ömər Çelik Türkiyənin Ukraynadakı hadisələrin nizamlanması məsələsində bütün ölkələrdən daha çox səy göstərdiyini deyib.

“İstanbul danışıqları müharibə gedişində tərəflər arasında baş tutmuş ən məhsuldar danışıqlardır. Ancaq dünya ölkələrinin bu prosesi yetərincə dəstəkləmədiyini görürük. İndi Ukrayna nizamlanmasında AB ölkələrinin görməli olduğu işi Türkiyə təkbaşına yerinə yetirir. Halbuki, Buça hadisələri, axan qanın artmasından sonra Rusiya və Ukrayna arasında sülhün əldə olunması getdikcə daha da çətinləşir”, – deyə partiya təmsilçisi bildirib.

O, NATO müttəfiqlərinin Türkiyə tərəfindən terrorçu kimi tanınan bir sıra təşkilatların dəstəklənməsindən təəssüfləndiklərini dilə gətirib.

Partiya sözçüsü, həmçinin ABŞ-dan F16 qırıcılarının alınması məsələsinə də toxunub. O, qeyd edib ki, indi Türkiyənin istifadəsində olan 79 ədəd təyyarənin təkmilləşdirilməsi və əlavə olaraq 40 ədəd F16 “Viper” qırıcısının alınması üzrə tərəflər arasında danışıqlar gedir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın