“Həm Rusiya, həm də Ukrayna ilə dialoqumuz davam edir”.

YALAN.info bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Bu gün biz müzakirələrin gedişatı barədə danışdıq. Buçada baş verənlər proseslərə kölgə saldı. Ancaq təşəbbüslərimizi davam etdiririk. Ən qısa vaxtda sülhün olmasına çalışırıq”, – o bildirib.

Bildirək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə “Böyük yeddilər” ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) və NATO xarici işlər nazirlərinin birgə toplantısı keçirilib.

Öncəki xəbərAğdaban sakini: Ermənilər atam və qardaşımı öldürüb, bibimi və yoldaşını isə yandırıblar
Sonrakı xəbərUkraynalı general: Rusiyanın Kiyevə yenidən hücumu gözlənilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın