Ukraynanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Lyudmila Denisova ölkənin İctimai televiziyasına müsahibəsində müharibənin dəhşətli reallıqları barədə danışıb.

YALAN.info bildirir ki, Lyudmila Denisova yerli sakinlərin Ombudsman Aparatına müraciətləri ilə bağlı məlumat verib.

Denisovanın sözlərinə görə, indiyədək 400-ə yaxın ukraynalı azyaşlı və yetkin şəxslərin rusiyalı hərbçilər tərəfindən zorlanması faktı üzrə müraciət edib. Denisova bildirib ki, bunlar çox dəhşətli hallardır. Ruslar təkcə qadınları və qızları yox, hətta uşaqları, qocaları, kişiləri də ələ salırdılar.

Bununla yanaşı, müraciətlər əsasən ukraynalıların öz doğma yerlərindən zorla çıxarılması, xüsusi düşərgələrdə saxlanılması, Mariupoldakı krematoriyada baş verənlər, yetim uşaqların ölkədən qaçırılması ilə bağlı olub.

“Martın sonunda hərbçilərimiz Kiyev vilayətini azad etməyə başladı. Zənglər başladı, insanlar cinsi zorakılığın qurbanı olduqlarını söylədilər. UNICEF ilə birlikdə biz psixoloji dəstək göstərmək üçün gecə-gündüz pulsuz xidmət göstərən qaynar xətt yaratmışıq. Aprelin 1-dən aprelin 14-dək 400 belə zəng olub, indi təbii ki, davam edir”, – Ombudsman deyir.

Ukraynalılar müvəqqəti işğal olunmuş ərazilərdə də zorakılıq halları barədə məlumat verirlər. Ombudsman hesab edir ki, işğalçıların oxşar vəhşilikləri Mariupolda da baş verir. Onun fikrinə görə, bu şəhər azad edildikdən sonra bir neçə dəfə daha çox hal aşkarlanacaq. O, əlavə edib ki, indi ruslar cinayətlərinin izlərini gizlətmək üçün ukraynalıların cəsədlərini yandırmağa başlayıblar.

Зґвалтування, крематорії в Маріуполі та примусова депортація до Росії — інтерв‘ю з Денісовою

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın