Türkiyə Şimali Atlantika Alyansına (NATO) üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib.

YALAN.info bildirir ki, “Habertürk”ün verdiyi xəbərə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb.

“Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq”, – Ərdoğan bildirib. Türkiyə lideri, özəlliklə İsveçin anlaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın