Türkiyə Ordusunun İraq Respublikasının Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Mosul şəhərinin şimal-şərqində Türkiyənin Zlikan hərbi bazası ərazisində üç raket partlayıb. Vilayətin güc strukturlarının nümayəndəsinin qeyd etdiyi kimi, türk əsgərlərindən heç biri xəsarət almayıb. Hücum yalnız maddi zərərlə nəticələnib.

Türkiyə artilleriyası raketlərin atıldığı iddia edilən əraziyə atəş açıb. Hələlik heç bir qrup, ya da təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

MƏNBƏEurAsia Daily
Öncəki xəbərAraşdırma: Düşmənin öz başında çatlayan təxribatı
Sonrakı xəbərÖzbəkistan Omikron ştamına görə Qazaxıstanla quru sərhədlərini bağladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın