Türkiyədə separatçı terror təşkilatı üzvlərinin terror aktları həyata keçirmək məqsədilə mağaralarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin yox edilməsi istiqamətində həyata keçirilən “Kahramanlar-30” əməliyyatları zamanı altı bölgədə 63 mağaradakı sığınacaq və anbar məhv edilib.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Cümhuriyyətinin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Ali Yerlikayanın sözlərinə görə, J-SİHA (Jandarma silahlı pilotsuz uçuş aparatı) və ATAK helikopterlərinin də yer aldığı əməliyyatlar zamanı Şırnak, Siirt, Kahramanmaraş, Diyarbəkir, Muş və Tuncelidə terror təşkilatının qış aylarında logistika məqsədilə istifadə etmək və terror aktları üçün hazırladığı sığınacaqlar bir-bir aşkar olunaraq məhv edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın