Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb. Özbəkistan XİN sərhədlərin koronavirusun (COVID-19) “Omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.

İki ölkə arasında aviaəlaqələr davam edir. Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələnlər koronavirusla əlaqədar 48 saat ərzində qüvvədə olan testin nəticəsini təqdim etməli, həmçinin Özbəkistan ərazisində ekspress test verməlidirlər.

2022-ci il yanvarın 15-dən aşağıdakı kateqoriyadan olan şəxslər istisna olmaqla, iki ölkə vətəndaşlarının Özbəkistan Respublikasının Qazaxıstan Respublikası ilə dövlət sərhədini keçməsi müvəqqəti olaraq dayandırılır:

  • vətənlərinə dönən Özbəkistan və Qazaxıstan vətəndaşları;
  • hökumətlərarası feldyeger xidməti əməkdaşları;
  • beynəlxalq yükdaşımaları həyata keçirənlər;
  • rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və onların ailə üzvləri;
  • Özbəkistanın Qazaxıstanda və Qazaxıstanın Özbəkistanda yerləşən obyektlərinə xidmət edən heyətin üzvləri;
  • investisiya layihələrində iştirak edənlər;
  • Özbəkistanda daimi yaşayan Qazaxıstan və Qazaxıstanda daimi yaşayan Özbəkistan vətəndaşları;
  • ağır xəstələrin və dəfn edilənlərin yaxın qohumları, ölənlərin meyitlərini müşayiət edənlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın