Məşhur “Kim milyonçu olmak istəyir?” (Kim milyoner olmak ister?) şousunun Türkiyə versiyasında Azərbaycan diliylə bağlı sual iştirakçını çaş-baş qoyub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyənin tanınmış aktyoru Kenan İmirzaloğlu aparıcılıq etdiyi yarışmada iştirakçılardan birinə “Azərbaycan dilində “milyoner” sözünün qarşılığı nədir?” sualını ünvanlayıb.

Cavablarda isə “milyonman”, “milyonbaz”, “milyonçu” və “milyonov” bəndləri yer alıb. Maraqlıdır ki, iştirakçı “milyonçu” qulağa çox yaxın, gözəl gəlir deməsinə baxmayaraq, “milyonov” variantını seçərək suala yanlış cavab verib.

Azerice ”Milyoner” Ne Demektir? | Kim Milyoner Olmak İster?
Öncəki xəbərİsmayıl Dəmir: PUA tədarükünün Rusiya-Ukrayna arasındakı son gərginliklə əlaqəsi yoxdur
Sonrakı xəbərDonald Trampın “Truth Social” sosial şəbəkəsi bir milyard dollar investisiya cəlb edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın