Avropa Birliyi (AB) İran İslam Respublikasına qarşı sanksiyaları bu ölkədəki insan haqları pozuntularına görə genişləndirərək, daha 32 fiziki və 2 hüquqi şəxsi “qara siyahı”ya salıb.

YALAN.info bildirir ki, bununla bağlı bazar ertəsi uyğun qaydaları yayımlayan “AB-nin rəsmi jurnalı”nda deyilir.

“Qara siyahı”ya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları da var. Hüquqi şəxslər isə polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı strukturlardır.

Avropa Birliyi üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə bazar ertəsi AB xarici işlər xidmətinin rəhbəri Josef Borrelin AB Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən toplantısının yekunlarına dair bəyanatında bildirilir. “Şəxsi təhlükəsizlik üçün ciddi riskə görə AB ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir”, – mətndə deyilir.

Sənəddə vurğulanır ki, Avropa Birliyi “İranın AB vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız olaraq həbs etməsi praktikasını tamamilə rədd edir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın