Ukraynaya PUA və SPUA (pilotsuz uçuş aparatı və silahlı pilotsuz uçuş aparatı) göndərilməsinin regiondakı son proseslərlə əlaqəsi yoxdur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Moskva və Kiyev arasındakı gərginlikdən dolayı Türkiyə Ukraynaya PUA göndərir” məntiqi doğru deyil. Bu, daha öncəki anlaşmalara uyğun olaraq həyata keçirilir”, – deyə türkiyəli rəsmi bildirib.

“Bloomberg”in verdiyi məlumata görə, Türkiyə Ukraynaya ən azı daha 20 ədəd “Bayraktar TB-2” PUA-nın təhvil verilməsi üçün hazırlıqlar görür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın