Renka Black Angel, ya da qısaca olaraq Renka kimi tanınmış rəqqasə Rəna Ağamuradova sevgilisindən ayrılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Renka bu haqda “Deməsəm olmaz” proqramına açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə vətəndaşı olan bir şəxslə sevgili imiş: “Depressiyadayam, hələ çıxa bilmirəm. Heç nə istəmirəm… Nə çəkilişə getmək, nə də iş görmək istəyirəm. Ürəkağrısıdır…”

Onun sözlərinə görə ayrılmasına səbəb işinə çox vaxt ayırması olub: “Ayrılası olduq, belə alındı. Bir ildir münasibətdə idik. Mənim işimlə alınmır. Hər zamankı kimi, işimlə əlaqədar şəxsi həyatım alınmır. Nə vaxt karyerama son qoysam, o zaman şəxsi həyatım alınar. Qısqanclıq səbəb oldu. Ayrılmanı ilk o istədi. Gəlib-getmələr çətin idi. Burada yaşamağım və işə çox vaxt ayırmağım ayrılığa gətirdi”.

Rəqqasə depressiyadan çıxmaq üçün nə edəcəyini bilmir: “Depressiyadan çıxmaq üçün ölkədən getməyi düşünürəm. Görürəm ki, belə yaşamaq mümkün deyil. Həkimlərə müraciət edəcəm. Çox pis durumdayam”.

MƏNBƏAxsam.az
Öncəki xəbərNiderlandın WeTransfer şirkəti ilk dəfə səhmlərini satışa çıxarır
Sonrakı xəbərBMT Suğra Bağırzadəni “Leonardo Da Vinci” medalı ilə təltif etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın