“Qarabağ” Futbol Klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına qarşı ilk oyununu səfərdə keçirib.

YALAN.info bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu ağdamlılar 4-2 hesablı inamlı qəbələ qazanıblar.

“Köhlən atlar”ın ilk qolunu 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltidən vurub. Bundan sonra hücumlarını artıran meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər – 1:1. Komandanın heyətində Simon Banza fərqlənib və tərəflər fasiləyə bərabərliklə yollanıblar.

Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib – 2:1. Abdullah Zubir Benzianın cərimə zərbəsindən sonra sıçrayan topa ilk yetişərək adını tabloya yazdırıb. “Qarabağ” FK 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb – 3:1. Bu dəfə Zubirin ötürməsidnən sonra “Köhlən atlar”ın heyətində Olavio Juninyo fərqlənib.

69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb – 4:1. Meydana yenicə çıxan Toral Bayramovun məhsuldar ötürməsindən sonra Abdullah Zubir özünün ikinci, “köhlən atlar”ın dördüncü qoluna imza atıb. 90+1-ci dəqiqədə meydan sahiblərinin heyətində Joau Moutinyu penaltidən fərqlənməklə fərqi bir qədər azaldıb – 2:4.

Onu da bildirək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Braqa 2:4 Qarabağ | UEFA Avropa Liqası, keçid pley-off mərhələsi | TAM OYUN

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın