Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza koronavirusa (COVID-19) qarşı peyvənd bağışlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məlumat qurumun sosial şəbəkələrdəki səhifələrində paylaşılıb.

Qeyd olunub ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza “Sinovak”) və Toqoya ( 211 200 doza “Sinopharm”) hədiyyə olaraq çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza “Sinovac”), Azərbaycan (100 min doza “Sinovac”), Özbəkistan (100 min doza “Sinovac”) və Macarıstan (211 200 doza “Sinopharm”) tərəfindən ayrıldığı bildirilib.

KİMTürk Dövlətləri Təşkilatı
MƏNBƏTwitter.com
Öncəki xəbərABŞ-da “Tesla” şirkətinin günəş panelləri ilə bağlı araşdırmalar başladılıb
Sonrakı xəbərİran XİN rəhbəri: Danışıqlar pəncərəsi həmişə açıq olmayacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın