“Rəsmi Tehran Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə səmərəli danışıqlara hazırdır və uğurlu nəticə əldə etmək əzmindədir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Kommersant” qəzetində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, İranın nüvə sazişi ətrafındakı indiki durum Vaşinqtonun son dörd il boyunca etdiyi hərəkətlər səbəbindən yaranıb:

“İran bu anlaşmanı saxlamaq üçün əlindən gələni etdi. Onu da qeyd edim ki, indiki danışıqlar pəncərəsi həmişəlik açıq olmayacaq. ABŞ və üç Avropa dövləti bunu anlamalıdır. İran İslam Respublikası qanunsuz Amerika sanksiyalarının ləğvi üçün fəal diplomatik səyləri davam etdirmək niyyətindədir, ancaq eyni zamanda onların təsirini neytrallaşdırmaq üçün Davamlı İqtisadi İnkişaf Proqramı var”.

Nazir bildirib ki, anlaşma mümkündür və əldə edilə bilər: “Ancaq bunun üçün Vyana danışıqlarının bütün iştirakçıları həm də siyasi iradələrini əməldə nümayiş etdirməlidirlər. Qərbin verdiyi vədləri yerinə yetirmək öhdəliyinin olmamasına, Ağ Evin yanaşmasına və qeyri-konstruktiv siyasətinə inamsızlığına baxmayaraq, İran Vyana danışıqları zamanı sanksiyaların ləğvi ilə bağlı yaxşı, sabit və effektiv şəkildə yoxlanıla bilən anlaşma əldə etməyi hədəfləyir.

İran İslam Respublikasının nüvə müzakirəçiləri komandası İran xalqının mənafeyini və hüquqlarını təmin edən xoşməramlı, ciddi rəftar və danışıqlar məntiqinə malik olmaqla, bunun üçün hər cür səy göstərməyə hazırdır. Həmkarlarım və mən də nümayəndə heyətimizi və onun rəhbəri, bu mövzuda danışıqlarda böyük təcrübəyə malik olan doktor Əli Baqeriyə fəal dəstək vermək niyyətindəyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın