ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) “Tesla” şirkətinin istehsal etdiyi günəş panellərindəki nasazlıqla bağlı araşdırmalara başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, günəş panellərinin alışma təhlükəsi ilə bağlı müştərilərin xəbərdar edilməməsi barədə şirkətin keçmiş əməkdaşı Stibven Hankes tərəfindən 2019-cu ildə verilmiş şikayət ərizəsi araşdırma üçün əsas təşkil edib.

Bununla yanaşı, “Tesla”nın elektrik birləşdiricilərdəki nasazlıqla bağlı olaraq də müştəriləri xəbərdar etməməsi üzündən 60 mindən artıq müştrəri, 500 dövlət və özəl qurum ziyana uğrayıb.

Həmçinin “Walmart” şirkətinin də 2019-cu ildə “Tesla”ya qarşı məhkəmə iddiasına görə iddiaçıya məxsus ticarət mərkəzlərinin damında quraşdırılmış günəş panelləri üzündən yeddi yanğın hadisəsi baş verib. O zaman bu mübahisə yoluna qoyulmuşdu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın