Tokio-2020 Paralimpiya Oyunları başa çatdı: Azərbaycan medal sıralamasında 10-cu yeri tutdu

Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanın Paralimpiya komandası tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk “10-luq”da yer tutub. 

Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə, Azərbaycan yarışı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sırada bitirməli olub. Bu nəticə ilə Azərbaycan meydan sahibi Yaponiya, Almaniya, İran, Fransa, İspaniya kimi ölkələri qabaqlaya bilib.

İlk sıranı 207 medal (96-60-51) qazanan Çin tutub. Böyük Britaniya 124 medalla (41-38-45) ikinci, ABŞ 104 medalla (37-36-31) üçüncü olub. Qonşu Rusiya 118 medal qazansa da, yalnız dördüncü ola bilib (36-33-49). Qardaş Türkiyə paralimpiyaçıları 42-ci olub (2-4-9).

Bundan başqa, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:

Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.

Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 – nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.

Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 – 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.

Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.

Qeyd edək ki, üzgüçülük idman növü üzrə təmsilçimiz Raman Saleh 3 kateqoriyada (S12 100 metr arxasıüstə, S12 100 metr sərbəst, S12 100 metr butterfly) qızıl medal qazanıb.

Xatırladaq ki, növbəti Paralimpiya Oyunları üç il sonra – 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir