Qvineyada ordu hakimiyyət çevrilişi edib. Dövlət çevrilişinə rəhbərlik edən xüsusi təyinatlı dəstənin başçısı polkovnik Mamadi Dumbuya bəyanatla çıxış edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, ölkə prezidenti Alfa Kondenin artıq həbs olunduğunu deyib. Qiyamçı hərbçilərin başçısı, həmçinin parlamentin buraxıldığını və ölkə konstitusiyasının fəaliyyətinin dayandırıldığını bəyan edib.

Mamadi Dumbuya həmçinin Qvineyanın xarici sərhədlərinin bağlanmasını əmr edib və ordunu kazarmada qalmağa çağırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın