Azərbaycan yığması Mariya Stadnikin 3-cü yeri tutması ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 50 kq çəki dərəcəsində bir gün öncə yarımfinalda uduzan güləşçimiz bürünc medal uğrunda mübarizədə Soqt-Oçirn Namuuntsetseqə (Monqolustan) 10:0 hesabı ilə qalib gəlib.

Bununla da Olimpiadanı üçüncü yerdə başa veran Mariya Stadnik millimizin aktivinə yeddinci medalı yazdırıb. Stadnik Azərbaycan idmanı tarixində dörd Olimpiya medalı (iki gümüş və iki bürünc medal) qazanan yeganə idmançımız olub. İdmançı qazandığı “bürünc”dən narazı olmadığını bildirib:

“Əlbəttə, mən çox xoşbəxtəm. Dünən məyus idim, çünki finala çıxa bilmədim. Çox idmançı mənim yerimdə olmaq istəyərdi. Allaha idmandakı uğurlarıma görə təşəkkür edirəm. Üçüncü yeri tutduğum üçün belə xoşbəxtəm”.

Öncəki xəbərİranın yeni seçilən prezidenti Seyid İbrahim Rəisi Azərbaycanla bağlı açıqlama verdi
Sonrakı xəbərTokio-2020-də gümüş medal qazanan İrina Zaretskaya ağladı: Qızıl medal qazana bilərdim
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın